TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 464 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 23-nə açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 432 858 test edilib və 13 715 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 7 503 nəfəri sağalıb, 167-si dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 508 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər vəfat edib, 335 xəstə sağalıb.
Daha çox