Ailə üzvləri yol qəzasına düşdü, ölən və yaralananlar var - Yenilənib

HADİSƏ
23:01
23 İyun 2020
218

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb.

"QAZ-24" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılması nəticəsində bir nəfər dünyasını dəyişib, 4 nəfər isə xəsarət alıb.

Bildirilib ki, yol qəzasına düşənlər bir ailənin üzvləridir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

***

Göygöl rayonunda yol qəzasına düşən ailə üzvlərinin kimliyi məlum olub.

Hadisə zamanı sürücünün həyat yoldaşı, 1991-ci il təvəllüdlü Namazova Dürdanə Rəfi qızı həlak olub.

Qəza zamanı habelə Namazova Gülnaz Məsim qızı, 1988-ci il təvəllüdlü Novruzov Elməddin Razim oğlu, onun qaynanası, habelə 1987-ci i il təvəllüdlü Gəncə şəhər sakini Namazova Turanə Fazil qızı xəsarət alıblar.

Onlar Goranboy rayonunun Ağamalıoğlu kənd sakinləridir.

Qeyd edək ki, hadisə rayonun Aşıqlı kəndində qeydə alınıb. "QAZ-24" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xəbər lenti