Dərsliklərə qohum evliliklərinin mənfi nəticələri haqda mövzu salınacaq

ÖLKƏ
20:57
23 İyun 2020
91

9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil ediləcək.

Sabah.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsəsdovun imzaladığı  “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nın təsdiq edilməsi haqqında qərarda deyilir.

Qərara əsasən Təhsil Nazirliyi:

1. 9-11-ci siniflər üçün nəzərdə tutulmuş dərsliklərə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edir;

2. təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin keçirilməsini təşkil edir;

3. maarifləndirici və metodoloji vəsaitlərin dərc edilməsini təşkil edir;

4. erkən nikahın və qohumlar arasında nikahın gənclərin həyat və sağlamlığına təhlükəsi barədə valideynlər arasında təbliğat işini təşkil edir;

Xəbər lenti