İyun üzrə bütün müavinət, təqaüd və kompensasiyalar ödənildi

İQTİSADİYYAT
19:50
23 İyun 2020
45

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ay üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi artıq yekunlaşıb.

Sabah.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, həmin sosial təminat növləri üzrə vəsaitlər müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.

Bundan əvvəl, iyunun 15-dək isə iyun ayının bütün pensiyalarının ödənişi təmin olunub.

Gələn həftə isə bu ay üzrə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.

Xəbər lenti