Əmrəni birdəfəlik aldılar
Almaniyanın "Borussiya" klubu "Yuventus"dan (İtaliya) yanvarda icarəyə götürdüyü Əmrə Canı birdəfəlik alıb.
Sabah.az Dortmund təmsilçisinin saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2024-cü ilin iyununa kimi müqavilə imzalanıb. Müqavilənin iyulun 1-i qüvvəyə minəcəyi bildirilib.
Bu transfer üçün alman klubunun 25 milyon avro təzminat ödədiyi vurğulanıb.
Qeyd edək ki, Almaniya millisinin türk əsilli futbolçusu "Borussiya"da 2 matçda 1 qol vurub.
Daha çox