Deputat koronavirus testinin nəticəsini açıqladı
Deputat Erkin Qədirlinin iyunun 21-də verdiyi koronavirus testinin nəticəsi neqativ çıxıb.
Sabah.az xəbər verir ki, millət vəkili bununla bağlı Feysbukda məlumat paylaşıb.
O qeyd edib ki, bundan əvvəl 2 dəfə test versə də, nəticəsini paylaşmayıb:
"O zaman durum indiki qədər ağır deyildi. Bu gün isə nəticəmi paylaşdım ki, mənimlə ünsiyyətdə olmuş hər kəs rahat ola bilsin".
Xatırladaq ki, sözügedən tarixdə test vermiş deputatların cavabları bu gün bəlli olacaq. Hələ ki, digər deputatların nəticələri ictimaiyyətə açıqlanmayıb.
Daha çox