İşsizlərə verilən sığorta ödənişinin müddəti uzadıldı

İQTİSADİYYAT
14:14
23 İyun 2020
66

2020-ci il 1 aprel tarixindən etibarən işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi iki ay, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün ödənişi isə 2020-ci il 1 iyul tarixinədək olan müddətə davam etdiriləcək.

Sabah.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Maliyyə Nazirliyinə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Xəbər lenti