Zakir Qaralovun şirkətinin 1 milyona yaxın vergi borcu var
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Sabah.az xəbər verir ki, bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin 980 min 418 manat vergi borcu var.
Bildirək ki, bu borclar barədə son məlumat 22 iyun 2020-ci il tarixinə qədər olandır.
Xatırladaq ki, tikinti sektorunun şirkətlərdən biri olan “Akkord” Korporasiyası infrastruktur layihələrinin, ictimai obyektlərin tikintisi, inşaat materiallarının istehsalı üzrə ixtisaslaşmışdır.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 2006-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 75 594 365 manatdır.
Qeyd edək ki, Akkord Şirkətlər Qrupu sabiq Baş prokuror Zakir Qaralova məxsusdur.
Daha çox