BDU 2 dekan, 16 kafedra müdiri axtarır

XƏBƏR
23:50
18 Fevral 2020
59

Bakı Dövlət Universiteti (BDU) bəzi vəzifələr üçün müsabiqə elan edib.

Sabah.az xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.

Qeyd olunub ki, universitetin Tarix və Biologiya fakültələrinə dekan axtarılır.

Bundan əlavə, müsabiqə Аli riyaziyyat, Riyaziyyat və onun tədrisi metоdikası, İqtisadi kibernetika, Ümumi fizika və fizikanın tədrisi metodikası, Astrofizika, Bərk cisimlər fizikası, Optika və mоlekulyar fizika, Hidrometeorologiya, Ərəb filologiyası, Аzərbaycan şifahi хаlq ədəbiyyatı, Qədim dünya və оrta əsrlər tаrixi, Diplоmаtiyа və müasir inteqrasiya prosesləri, Politologiya və sosiologiya, Konstitusiya hüququ, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq və Rus dili (humanitar fakültələr üzrə) kafedralarının müdiri vəzifəsini əhatə edib.

Bildirilib ki, sənədlər bu elan dərc olunan gündən bir ay müddətində rektorun adına yazılmış ərizə ilə birlikdə təqdim edilməlidir.

Xəbər lenti