TƏBİB reanimasiyada olan koronaviruslu xəstələrin sayını açıqladı
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 4 345 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 22-nə açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 426 394 test edilib və 13 207 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 7 168 nəfəri sağalıb, 161-i dünyasını dəyişib. Xəstələrdən 168 nəfəri reanimasiyadadır ki, onlardan da 35-i süni tənəffüs cihazına qoşulub.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 478 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər vəfat edib, 369 xəstə sağalıb.
Daha çox