Karantin postları ilə bağlı yenilik - Video

ÖLKƏ
21:25
22 İyun 2020
115

Sərt karantin rejimi ilə əlaqədar qurulan postlarda vətəndaşlar təxminən 5 saniyə ərzində yoxlanılır.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, bu məqsədlə yol polisinə verilən planşetlərin bort-kompüter sistemində dəyişiklik edilib.

Artıq yol polisi əməkdaşları xüsusi karantin rejimi ilə bağlı qurulan postlarda vətəndaşları ən müasir xüsusi texniki vasitə ilə yoxlamağa başlayıb. Belə ki, yol polisi əməkdaşlarına verilən yeni planşetlər vətəndaşın şəxsiyyət vəsiqəsini tez bir zamanda oxuyur və portalda icazəsinin olub-olmadığını müəyyən edir. Bunun üçün sadəcə təxminən 5 saniyə vaxt tələb olunur. Bu planşetlər həm paytaxt daxilində, həm də Bakıya giriş-çıxışda qurulan polis postlarında xidmət edən əməkdaşlara verilib.

Qeyd edək ki, köhnə şəxsiyyət vəsiqələrində üst, yeni vəsiqələrdə isə arxa tərəfi göstərməklə planşet məlumatları oxuya bilir.

Sərt karantin rejimi ilə əlaqədar ölkə yollarında qurulan postlardakı son vəziyyət də bəlli olub. Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, bəzi vətəndaşlar SMS-lə icazə alaraq sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən bölgələrə getməyə çalışırlar. Onlara tövsiyə olunur ki, əziyyət çəkib karantin postlarına yaxınlaşmasınlar. Çünki onlar geri qaytarılacaqlar.

Xəbər lenti