Azərbaycanda koronavirusa yoluxanların sayı 13 mini ötdü

GÜNDƏM
19:30
22 İyun 2020
62

Azərbaycanda indiyədək koronavirus infeksiyasına yoluxanların sayı 13 min nəfəri ötüb.

Sabah.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda qeyd olunub.

Belə ki, indiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Həmin şəxslərdən 7 168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5 878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Xəbər lenti