Daha 4 rayonun prokuroru dəyişdi

ÖLKƏ
15:57
22 İyun 2020
215

Azərbaycan prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Sabah.az xəbər verir ki, Baş Prokurorluqdan verilən məlumata görə, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər.

Kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə formalaşdırılması istiqamətində islahatlar davam etdiriləcək.

Xəbər lenti