Milli Məclisin sabahkı iclası təxirə salındı
Milli Məclisin sabah keçiriləcək plenar iclası təxirə salınıb.
Sabah.az xəbər verir ki, bu barədə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dünən deputatlardan koronavirus infeksiyası ilə bağlı götürülən test nümunələrinin cavabları sabah bəlli olacaq.
Növbəti iclasın vaxtı barədə məlumat veriləcək.
Qeyd edək ki, "Qafqazinfo" saytı deputatlardan bir neçəsinin analiz nəticələrinin pozitiv çıxdığını bildirib.
Daha çox