Hazırda sürücülər torpaq yolla Bakıdan çıxmağa çalışır - Foto

ÖLKƏ
00:23
21 İyun 2020
386

Artıq Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Cəlilabad, Masallı, Yevlax şəhərləri və Abşeron rayonunda xüsusi karantin rejimi başlayıb.

Sabah.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Operativ Qərargahın və polisin xəbərdarlıqlarına baxmayaraq, bu həftə də yüzlərlə Bakı sakini rayonlara getməyə cəhd edir.

Məlumata görə, hazırda Bakı-Qazax şossesinin Ələt ərazisindən keçən hissəsində güclü tıxac var. Sürücülər postlardan keçə bilmədikləri üçün torpaq yola üz tutub.

Qeyd edək ki, polis əməkdaşları torpaq yolla rayonlara getmək istəyənlərin qarşısını almaq üçün Bakının çıxışındakı həmin yollarda qazıntı aparıb.

Xəbər lenti