TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 627 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 20-nə açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 417 102 test edilib və 12 238 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 6 516 nəfəri sağalıb, 148-i dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 471 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər vəfat edib, 191 xəstə sağalıb.
Daha çox