Daha 471 nəfər koronavirusa yoluxdu - 5 nəfər vəfat etdi

ÖLKƏ
18:19
20 İyun 2020
261

Azərbaycanda 471 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Sabah.az xəbər verir ki, Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 12 min 238 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6 516 nəfər müalicə olunaraq sağalıb, 148 nəfər vəfat edib, 55 74 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 627 koronavirus testi aparılıb.

Xəbər lenti