“Həftəsonunu bir yerdə keçirdiklərinə görə ailəiçi yoluxmalar çoxdur" - Video
“Biz keçən dəfə qapanmalar etdik. Amma bizim “narıncı” zonada yaşayan vətəndaşlarımız “sarı” zonaya getdilər”.
Sabah.az xəbər verir ki, bunu TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva deyib.
“Təbii ki, istirahət etmək lazımdır. Amma virusun yayılması məsələsini nəzərə almalıyıq. Son günlər qeydə alınan yoluxma halları ailəiçi yoluxmalardır. Bir ailədə yaşayan nənə, baba və s. şəxslərdə yoluxma halları müşahidə olunur”, - o bildirib.
Daha çox