Qızdırmaya görə imtahana buraxılmayanların aqibəti necə olacaq?

ÖLKƏ
13:14
20 İyun 2020
194

“Ümumi rəqəmlərə baxsaq, temperaturu olduğu üçün imtahanlara buraxılmayan şagirdlərin sayı xeyli aşağıdır”.

Sabah.az xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə onlayn mətbuat konfransında deyib.

O bildirib ki, sentyabr ayında mütləq olaraq müxtəlif səbəblərdən buraxılış imtahanında iştirak edə bilməyən abituriyentlər üçün imtahan keçiriləcək:

“Xəstəliklə hazırda mübarizə aparan şəxslərə ilk növbədə sağlamlıq arzulayırıq, daha sonra digər məsələlər həll olunacaq.

Bildiyimiz kimi, sərt karantin rejimi tətbiq olunan rayonlarda imtahan təxirə salınıb, ancaq digər regionlarda imtahanların təşkilinə dövlət tərəfindən icazə verilib. 4 növ imtahan keçiriləcək. Hər bir rayona aid olan tarix saytda yerləşdirilib. DİM tərəfindən 24 və 25 iyun tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar hazırkı şəraitə uyğun olaraq bu ay təşkil olunmuş imtahanlarda olduğu kimi gigiyenik qaydalara uyğun formada təşkil olunacaq”.

Xəbər lenti