“Bura Xalq Cəbhəsinin iclası deyil...” - MSK-da gərginlik

ÖLKƏ
20:32
18 Fevral 2020
197

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında şikayətçi və komissiya üzvləri arasında kiçik gərginlik yaşanıb.

Sabah.az Modern.az-a istinadən xəbər verir ki, MSK üzvü İlkin Şahbazov 32 saylı Suraxanı üçüncü seçki dairəsindən deputatlığa namizədlər Cəfərli Fikrət və digərlərinin müraciətinə baxılması haqqında məlumatı təqdim edərkən Komissiya katibi Mikayıl Rəhimov İ. Şahbazova sual ünvanlayıb.

Adıçəkilən dairədə işıqların sönməsi haqqında fikirlərə toxunan Mikayıl Rəhimov “Şikayət işıqlar sönən dairə haqqındadır” deyib.

MSK katibinin bu sualını iclasda iştirak edən həmin dairədən deputatlığa namizəd F.Cəfərli cavablandırıb. M.Rəhimov isə namizədin bu addımını düzgün hesab etməyərək “mən sualı sizə vermədim, Komissiya üzvünə verdim" - deyə münasibət bildirib. Fikrət Cəfərli iradı diqqətə almadan danışmağa davam etdikdə M. Rəhimov “bura Xalq Cəbhəsinin iclası deyil, MSK-dır ” - deyə, əlavə edib.

MSK sədri Məzahir Pənahov "bura ciddi bir qurumdur" deyə əlavə edərək, şikayətçi namizədə söz veriləcəyini diqqətə çatdırıb.

Xəbər lenti