Bakıda yaşlı kişi özünü bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Sabah.az “Report”a istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, 1949-cu il təvəllüdlü Zeynalov İbrahim Aslan oğlu yaşadığı mənzildə özünə bıçaq xəsarətləri yetirib.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Ona qarnın ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Daha çox