Mingəçevir su anbarında suyun səviyyəsi kəskin düşüb - Video

XƏBƏR
23:26
19 İyun 2020
148

Mingəçevir su anbarında suyun səviyyəsi 2 metr düşüb.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, suya tələbatın artdığı isti yay günlərində anbarda suyun azalması yaxın gələcəkdə bir sıra problemlərin ortaya çıxa biləcəyini göstərir.

Yuxarı Şirvan Kanal İstismar İdarəsinin rəisi İlyas Səfərov deyir ki, vəziyyət belə davam edərsə, xüsusilə payız aylarında ciddi problemlər yaşana bilər.

Amma anbara toplanan suya qənaət etmək üçün alternativ vasitələrdən istifadə olunur. Yuxarı Şirvan kanalı ilə kəsişən Türyançay, Girdimançay və Ağsuçayın suyu əkin sahələrinin suvarılmasına yönləndirilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti