Antisanitar şəraitdə fəaliyyət göstərən iki müəssisə aşkarladı - Foto
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağcabədi rayonunun Hacıbədəlli kəndində Abışov Hümmət Xəlil oğluna məxsus qida təhlükəsizliyi qeydiyyatından keçməyən süd toplama müəssisəsində, eləcə də Təzəkənd kəndində fəaliyyət göstərən "Proqress" Heyvandarlıq-südçülük kooperativinin süd toplama məntəqəsində reyd keçiriblər.
Sabah.az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, hər iki müəssisədə baytarlıq-sanitariya və sanitar-gigiyena qaydalarına əməl edilmədiyi, giriş hissədə dezbaryerlərin quraşdırılmadığı, havalandırma sistemi və pəncərələrdə həşəratlardan qoruyucu torun olmadığı aşkarlanıb. Eyni zamanda istehsal zamanı istifadə edilən məhsulların açıq hava şəraitində saxlanıldığı, süd məhsullarının müayinəsinin aparılmadığı məlum olub. Qanunvericiliyin tələbləri çərçivəsində hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Daha çox