Bu şəhər və rayonlarda polis postları qurulacaq

ÖLKƏ
18:22
19 İyun 2020
371

Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeronda polis postları qurulacaq.

Sabah.az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev  deyib.

O qeyd edib ki, adıçəkilən şəhər və rayonlarda postlarla yanaşı polis naryadları da gücləndirilmiş rejimdə faəliyyət göstərəcək.

Qeyd edək ki, Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə qərar qəbul edib.

Qərara əsasən, sərt karantin rejimi i21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək davam edəcək.

Xəbər lenti