Bu yerlər bağlı olacaq
Xəbər verdiyimiz kimi, Operativ Qərargah sərt karantin rejiminin şərtlərini açıqlayıb.
Sabah.az xəbər verir ki, aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyət dayandırılır:
Nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;
ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;
muzey və sərgi zallarının fəaliyyəti;
bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);
təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);
açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.
Daha çox