Təyyarə salonuna əl yükünün keçirilməsi qadağan edildi
Təyyarə salonuna yalnız qadın çantasının və ya kişi portfelinin götürülməsinə icazə verilir.
Sabah.az xəbər verir ki, AZAL COVID-19 pandemiyası dövründə əl yükünün daşınması qaydalarında dəyişikliklər edib.
⠀
Yeni qaydalara əsasən, təyyarə salonuna əl yükünün keçirilməsi qadağandır.
⠀
Bu dəyişikliklər həm daxili, həm də beynəlxalq reyslərlə səyahət edən bütün sərnişinlərə şamil edilir.
⠀
Bu tədbiri tətbiq etməklə aviaşirkət təyyarə salonunda növbəni minimuma endirməyə və sərnişinlərin təyyarəyə maneəsiz daxil olmasını təmin etməyə çalışır.
⠀
AZAL-ın yeni qaydalarına əsasən yalnız qadın çantasının və ya kişi portfelinin, həmçinin uşaqlar üçün zəruri əşyaların əl yükü qismində daşınmasına icazə verilir. Digər baqaj, o cümlədən kağız və polietilen paketlər qeydiyyatdan keçirilərək baqaj bölməsinə təhvil verilməlidir.
⠀
Həmçinin "Duty free" mağazalarından alınan əşyaların təyyarədə əl yükü qismində daşınması qadağandır.
Daha çox