TƏBİB-dən Göyçay Xəstəxanası ilə bağlı - Açıqlama

GÜNDƏM
12:48
19 İyun 2020
102

"Göyçay Rayon Mərkəzi Xəstəxanasının xüsusi rejimli pandemiya xəstəxanası kimi müəyyənləşdirilməsi ilə bağlı qərarın ləğv edilməsi həqiqəti əks etdirmir".

Sabah.az xəbər verir ki, bunu TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib.

Bildirib ki, ötən gün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək xəstəxanaların siyahısı ictimaiyyətə təqdim edilib:

“Qeyd edilən xəstəxanalar ehtiyac yarandığı təqdirdə mərhələli şəkildə koronavirus xəstələri üçün xüsusi rejimli xəstəxanalar kimi fəaliyyət göstərəcək”.

Xəbər lenti