Özünü yardım təşkilatının üzvü kimi təqdim edib bıçaq çıxardı - Foto

XƏBƏR
12:15
19 İyun 2020
45

Mingəçevirdə özünü yardım təşkilatlarından birinin üzvü kimi təqdim edən naməlum şəxs şəhər ərazisindəki evlərin birinə daxil olaraq ev sahiblərinə bıçaqla hədə-qorxu gəlib və küt alətlə qadına xəsarət yetirərək qaçıb.

Sabah.az DİN-ə istinadən xəbər verir ki, quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Amil Mehdiyev saxlanılıb.

Araşdırma zamanı A.Mehdiyevin Goranboy rayon sakini Orxan Mehdiyevlə qabaqcadan əlbir olaraq, ev sahibinə məxsus pulu ələ keçirmək məqsədilə həmin cinayət əməlini törətdikləri müəyyən edilib. O. Mehdiyev də şübhəli şəxs qismində saxlanılıb.

Xəbər lenti