Daş karxanasında meyit tapıldı
İyunun 18-də saat 22 radələrində Qaradağ rayonu ərazisində yerləşən Şahqaya daş karxanaları kompleksində bir nəfər kişinin meyiti aşkar olunub.
Sabah.az xəbər verir ki, Qaradağ Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib.
İlkin araşdırmalarla mərhumun son 8-10 il ərzində Şahqaya daş karxanaları kompleksi ərazisində yaşamaqla tüfeyli həyat tərzi keçirmiş “Saşa” adı ilə çağırılan şəxs olması müəyyən olunub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Daha çox