Özünü yardım təşkilatının üzvü kimi göstərdi, ev sahiblərinə xəsarət yetirdi - Video

HADİSƏ
23:44
18 İyun 2020
86

Mingəçevirdə yardım təşkilatlarından birinin nümayəndəsi kimi mənzilə daxil olan naməlum şəxs ev sahibinə xəsarət yetirib.

Sabah.az “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, hadisə səhər saatlarında M.Maqomayev küçəsi 81 ünvanında baş verib.

Həmin binanın ikinci mərtəbəsindəki 22 saylı mənzilə daxil olan naməlum şəxs ev sahibi olan ahıl insanlara yardım məqsədilə gəldiyini deyib. Həmin şəxs ev sahiblərindən şəxsiyyət vəsiqələri istəyib, ardınca isə kişiyə bıçaq çıxarıb. Vəziyyətin qarət olduğunu anlayan xanımı qışqıraraq kömək istəyib. 1953-cü il təvəllüdlü ev sahibi Musayeva Südabə Kamil qızının davranışından təlaşa düşən naməlum şəxs onun boyun nahiyəsinə stulu çırpmaqla qaçmağa nail olub. Qadına və şok keçirən yoldaşına tibbi yardım göstərilib.

Baş vermiş hadisə ilə bağlı araşdırma başlanıb.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Xəbər lenti