Azərbaycanda koronavirusla bağlı test sayı 400 mini ötdü

GÜNDƏM
22:17
18 İyun 2020
41

Bu gün Azərbaycanda koronavirusla bağlı daha 6 100 test edilib.

Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 18-nə açıqladığı statistikada qeyd olunub.

Bildirilib ki, indiyə kimi ölkədə 403 499 test edilib və 11 329 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 6 192 nəfəri sağalıb, 139-u dünyasını dəyişib.

Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 338 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər vəfat edib, 117 xəstə sağalıb.

Xəbər lenti