Mikroavtobus qəzaya düşdü - Ölən və yaralanan var - Video

HADİSƏ
18:37
18 Fevral 2020
117

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, qəza Yevlax-Bəhrəmtəpə avtomobil yolunun 47-ci kilometrliyində, rayonun Qarağacı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes Vito" markalı mikroavtobus toqquşub. Nəticədə "Mercedes Vito"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, sərnişini Rövşən Qardaşxanov isə hadisə yerində ölüb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti