Sərt karantin günündə “avtoşluq” edən sürücü həbs olundu - Video+Foto

ÖLKƏ
21:16
18 İyun 2020
55

Nəsimi Rayon Məhkəməsi həftəsonu tətbiq edilən sərt karantin günündə boş küçələrdə təhlükəli manevrlər edən avtomobilin sürücüsü Nicat Kərimovla bağlı qərarı elan edib.

Sabah.az “Report”a istinadən xəbər verir ki, məhkəmənin qərarı ilə N.Kərimova 30 sutka inzibati həbs cəzası verilib.

Həmçinin o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.

Qeyd edək ki, bu gün Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib ki,  həftəsonu tətbiq edilən sərt karantin günündə boş küçələrdə təhlükəli manevrlər edən avtomobilin sürücüsü Nicat Kərimov saxlanılıb. Onun sözlərinə görə, sürücünün barəsində tədbir görülməsi üçün sənədlər toplanılaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib: “Hazırda məhkəmənin qərarı elan olunmayıb”.

Xatırladaq ki, sərt karantin rejiminin ikinci günündə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində naməlum şəxsin avtomobillə boş küçələrdə təhlükəli manevrlər etməsi barədə sosial şəbəkələrdə videgörüntülər yayılıb.

Xəbər lenti