Koronavirus testlərinin maya dəyəri neçə manatdır?
Azərbaycanda koronavirus testlərinin maya dəyəri 40 manat civarındadır.
Sabah.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
R.Bayramlı həmçinin bildirib ki, ölkəyə gətirilən testlər Almaniya istehsalıdır və tam avtomatlaşdırılıb, nəticə və dürüstlüyü isə yüksəkdir.
Onun sözlərinə görə, Azərbaycanda koronavirusu aşkar edən test ehtiyatı kifayət qədərdir.
Daha çox