Daha üç məntəqənin nəticələri ləğv edildi
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 32 saylı Suraxanı Üçüncü Seçki Dairəsindən namizədliyi qeydə alınan Fikrət Cəfərli və Vəlican Rəcəbovun müraciətinə baxılıb.
Sabah.az APA-ya istinadən xəbər verir ki, MSK üzvü İlkin Şahbazov bildirib ki, araşdırma 3 istiqamətdə aparılıb: “Araşdırma zamanı 4, 8 və 9 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız hesab edilib”.
İ. Şahbazov xatırladıb ki, həmin məntəqələrdən birində seçki günü işıqlar sönüb: “Lakin videogörüntülərdən aydın olur ki, müşahidəçilər işıqlar sönəndə seçki qutularının yanında durub, oraya heç kimi yaxınlaşmağa qoymayıblar”.
MSK-nın iclasında müraciət müzakirəyə çıxarılıb, qeyd olunan məntəqələrdə səsvermənin nəticələri ləğv olunmaqla, şikayət qismən təmin edilib.
Qərar 32 saylı Suraxanı üçüncü seçki dairəsində seçkinin ümumi nəticələrinə təsir etməyib.
Qeyd edək ki, bu dairədə lider namizəd Afət Həsənovadır.
Daha çox