Sərhədlər bu vaxta qədər bağlı olacaq

ÖLKƏ
19:46
18 İyun 2020
89

Qəbul olunmuş qərarla avqust ayının 1-dək dövlət sərhədlərinin də bağlı qalması məsələsi qüvvədədir.

Sabah.az APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib:

“Baxmayaraq ki, xüsusi karantin rejimi davam edir, amma ikitərəfli razılaşma əsasında vətəndaşlarımızın ölkəyə geri qaytarılması istiqamətində tədbirlər davam etdirilir. Hətta 17-18 iyun tarixlərində Türkiyədən xüsusi reyslərlə vətəndaşlarımız geri qaytarıldı. Geri qaytarılan vətəndaşlarımızın 48 saat öncədən koronavirus testindən keçməsi tələbi qoyuldu ki, bu təcrübənin avqustun 1-dək dövlətlərlə ikitərəfli razılaşma əsasında davam etdirilməsi nəzərdə tutulub”.

Xəbər lenti