Buraxılış və qəbul imtahanları təxirə salınır

ÖLKƏ
19:34
18 İyun 2020
490

“Buraxılış və qəbul imtahanları ilə bağlı məsələ müzakirə olunub”.

Sabah.az “Report”a istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi, Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva bu gün keçirilən brifinqdə deyib.

“Ciddi karantin rejiminin tətbiq olunduğu müddətdə buraxılış və qəbul imtahanları təxirə salınacaq. Yalnız Naxçıvan Muxtar respublikası ərazisində ola bilsin ki, bu imtahanlar keçirilsin” - deyə o bildirib.

Xatırladaq ki, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.

 

Xəbər lenti