Ticarət mərkəzləri, bərbərxanalar bağlanacaq, bu fəaliyyət sahələrinə icazə veriləcək - Siyahı
İyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq.
Sabah.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın nümayəndəsi Leyla Abdullayeva deyib.
O bildirib ki, bu yerlərdə dövlət və özəl təşkilatlarda işə çıxma ilə bağlı məhdudiyyətlər olacaq. Ticarət obyektləri bağlanacaq. Bərbərxana və gözəllik salonları bağlanır, muzey və sərgi salonları bağlanır. Açıq havada idman oyunları qadağan edilir.
Onun sözlərinə görə, otellərin fəaliyyəti, beynəlxalq səfərlər, yas mərasimləri, tədbirlər, təhsil müəssisələrində fəaliyyət qadağası qüvvədə qalır.
Lakin Bakı Metropoliteni fəaliyyətini davam etdirəcək. Bulvar və parklara giriş sərbəstdir. Sabah bunlar barədə ətraflı məlumat veriləcək.
65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulmur. Lakin tövsiyə olunur ki, mümkün qədər evdə qalsınlar.
Daha çox