Şamaxıda zəlzələ oldu

XƏBƏR
18:06
18 Fevral 2020
74

Şamaxı rayonunda zəlzələ olub.

Sabah.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ilkin məlumatlara əsasən yeraltı təkan yerli vaxtla saat 17:21-də Qobustan stansiyasından 34 km cənub-qərbdə Şamaxı rayonunda qeydə alınıb.

Maqnitudası 3.1, dərinliyi 5 km olan zəlzələ hiss olunmayıb.

Xəbər lenti