İTV-nin 2 əməkdaşı koronavirusa yoluxdu

XƏBƏR
15:56
18 İyun 2020
109

İctimai Televiziya və Radio Yayımları Şirkətində yoluxma şübhəsi olan əməkdaşlarla bağlı test verilib, onlardan ikisində nümunələr pozitiv çıxıb.

Sabah.az xəbər verir ki, bu barədə İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti pandemiya elan edilən gündən etibarən şirkətdaxili gücləndirilmiş qoruyucu tədbirlər həyata keçirir. Operativ Qərargahın bununla bağlı təlimatlarına uyğun olaraq şirkətin inzibati binası mütəmadi dezinfeksiya edilir, binaya daxil olan hər kəsin bədən hərarəti ölçülür, hər kəs xüsusi dezinfeksiyaedici mayelərlə və qoruyucu maskalarla təmin edilir.

Xəbər lenti