Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində yeni müavin

GÜNDƏM
17:36
18 Fevral 2020
482

Baş ədliyyə müşaviri Məmmədov Heydər Vidadi oğlu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Sabah.az xəbər verir ki, bununla bağlı Baş prokuror Zakir Qaralov əmr imzalayıb.

Qeyd edək ki, Baş İdarənin rəis müavini vəzifəsində daha əvvəl baş ədliyyə müşaviri Orxan İsayev çalışıb. O, Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin rəisi vəzifəsinə təyin olunub. H.Məmmədov isə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti