“Onlayn alış-verişə, virtual görüşlərə üstünlük verin” - TƏBİB
TƏBİB alış-veriş və dostlarla görüşdə virtual imkanlardan yararlanmaqla bağlı vətəndaşlara müraciət edib.
Sabah.az xəbər verir ki, müraciətdə hər kəsə koronavirus (COVID-19) pandemiyası dövründə alış-verişin onlayn edilməsi tövsiyə olunur:
“Dostlar və əzizlərinizlə virtual görüşlərə üstünlük verin. Ehtiyac olmadıqca, kütləvi məkanlara getməyin. Alış-verişi mümkündürsə, onlayn edin. Bununla siz, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınmasına kömək ola bilərsiniz”.
Daha çox