Natiq Quliyevin oğlunun ölümünə görə cinayət işi açıldı

XƏBƏR
17:18
18 Fevral 2020
269

“Bank Respublika” ASC-nin Müşahidə Şurasının üzvü və bankın əsas səhmdarı Natiq Quliyevin 15 yaşlı oğlunun ölümü ilə bağlı cinayət işi başlanılıb.

Sabah.az xəbər verir ki, fevralın 17-də Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Xəbər lenti