TƏBİB koronavirusla bağlı son vəziyyəti açıqladı
Bu gün Azərbaycanda koronavirusla bağlı daha 5 700 test edilib.
Sabah.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) iyunun 17-nə açıqladığı statistikada qeyd olunub.
Bildirilib ki, indiyə kimi ölkədə 397 399 test edilib və 10 991 nəfərdə koronavirus aşkarlanıb. Həmin xəstələrdən 6 075 nəfəri sağalıb, 133-ü dünyasını dəyişib.
Qeyd edək ki, bu gün Azərbaycanda koronavirusa 329 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər vəfat edib, 127 xəstə sağalıb.
Daha çox