“Qalatasaray”ın sabiq futbolçusu öldü
Türkiyə millisinin sabiq futbolçusu Mustafa Yücedağ dünyasını dəyişib.
Sabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, Hollandiyada olarkən ürək tutmasından ölüb.
54 yaşlı Yücedağın peşəkar futbolçu karyerası 1985-1995-ci illəri əhatə edir. 1990-1992-ci illərdə “Qalatasaray”ın, ardından bir il də “Fənərbaxça”nın formasını geyinmiş mərhum futbolçu Frank Raykardın dönəmində “Qalatasaray”da köməkçi məşqçi vəzifəsini də icra edib.
Daha çox