27 yaşlı gənci “tok” vurub öldürdü

HADİSƏ
21:55
17 İyun 2020
148

Tovuzda 27 yaşlı kişini elektrik cərəyanı vurub.

Sabah.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Bildirilir ki, Tovuz rayonunun Abubəyli kənd sakini, 1993-cü il təvəllüdlü Həsənov Tacəddin Azay oğlunu yüksək cərəyan qonşuluqda işləyən zaman vurub. Cərəyan vurması nəticəsində o, hadisə yerində ölüb.

Xəbər lenti