Rusiyadan daha 152 azərbaycanlı Bakıya gətirildi - Fotolar
Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi plana uyğun olaraq, Azərbaycanın milli aviadaşıyıcısı iyunun 17-də Moskvadan Bakıya daha bir çarter reysi yerinə yetirib.
Sabah.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC-dən məlumat verilib.
Bildirilib ki, həmin reyslə vətənə 152 Azərbaycan vətəndaşı qayıtıb. Paytaxta gəldikdən sonra sərnişinlər karantinə yerləşdirilib.
Daha çox