Avtomobil elektrik dirəyinə çırpıldı, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Suraxanı rayonunda “Tofaş” markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1988-ci il təvəllüdlü Kazımov Natiq Səfər oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Daha çox