İcra başçısının xanımının borcu ilə bağlı rəsmi açıqlama

ÖLKƏ
19:37
17 İyun 2020
241

“Azəriqaz” İstehsalat Birliyindən sabiq deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyevanın quruma külli miqdarda borcu olması ilə bağlı yayılan xəbərlərə münasibət bildirilib.

Sabah.az xəbər verir ki, qurumdan verilən məlumatda bildirilir ki, Ç.Hacıyeva tərəfindən borc tam ödənilib:

"Bu gün abonent Hacıyeva Çeşmi Şəmsəddin qızının “Azəriqaz” İstehsalat Birliyinə borcunun olmasına dair bir sıra informasiya saytlarında məlumatlar yayılmışdı. Bildiririk ki, abonent tərəfindən borc tam ödənilmiş və bu haqda yayılan məlumat “Azəriqaz” İstehsalat Birliyi tərəfindən gündəmə gətirilməmişdir".

Qeyd edək ki, Çeşmi Hacıyeva Ağstafanın yeni təyin olunan icra başçısı Seymur Orucovun həyat yoldaşıdır.

Xəbər lenti