Kürdə iki nəfər batdı
19:00
17 İyun 2020
72Kür çayından iki nəfərin meyiti çıxarılıb.
Sabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, çayın Tovuz rayonu ərazisindən keçən hissəsində 1974-cü il təvəllüdlü Həsənov Namiq Əli oğlunun və 1986-cı il təvəllüdlü İsmayılov Abbas Hüseyn oğlunun axtarışları başa çatıb. Hər iki şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Daha çox